"Tandirloin" restoranından daha bir şikayət: FANTASTİK HESAB, MÜŞTƏRİNİ QOVMA, TƏHQİR VƏ...

OXUNUB: 534 Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, Bakıda, Şüvəlan-Buzovna yolunda yerləşən "Tandirloin" restoranından daha bir şikayət daxil olub. Günel Kazımlı adlı şəxs "Müştərinin sısi" qrupunda restoranı tam ifşa edib və mövcud acınacaqlı vəziyyəti təsvir edib: "Şikayətimiz Mərdəkanda yerləşən "Tandirloin" restoranındandır. Telefonla zəng edib 6 nəfərlik masa sifariş etdik və 10 dəq sonra yaxınlasdıq. Xidmət edən ofisiantlardan biri yaxınlaşdi, 3 salat ve içki sifarişlərimizi verdik. 2-3 dəqiqə sonra digər bir ofisiant yaxinlaşıb masadan qalxmamızı tələb etdi. Səbəbini soruşanda verilən cavab: Her nəfərə minimum 30 azn sifariş verməli olduğumuzu bildirdilər. Müştəri olaraq bu qədər yolu gəlib 6 nəfər əyləşdikdən sonra 180 manat hesab verməsək əyləşə bilmərik məlumatının bildirilməsi bir xidmət sektoru olaraq ədəbsiz və müştəri məmnuniyyətini diqqətə almamaq deməkdir. Mekanın adminstratoruna şikayətimizi bildirdikdə, "hara istəyirsiz şikayət edin", "şikayətlərinizi gozləyirik" bildirməsi isə ədəbsizliyin və hörmətsizliyin göstəricisidir."
Məlumat üçün qeyd edək ki, bundna öncə də restoranla bağlı şikayət daxil olmuşdu. Belə ki, restoran menuda göstərdiyi içki qiymətlərini müştərinin diqqətsizliyindən istifadə edib fərqli formada icra edirlər. Menuda 1 litlik içkilər 85 manata göstərilsə də, ofisiant yarım litrlik içki gətirir. Üstü açılanda isə "menuda texniki olaraq səhv yazılıb" cavabı verirlir.

RƏYLƏR