Vəkil tərəfindən aldadılan vətəndaş Vəkillər Kollegiyasına MÜRACİƏT ETDİ

OXUNUB: 360 Özəl HADİSƏ
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına sədrinə,
Lənkəran rayon Moğonojoba kənd sakini Mehdiyev Mircalal Ağa oğlu tərəfindən

                            Şikayət

  Yazıb sizə bildirmək istəyirəm ki, Lənkəran rayon Vəkillər Bürosunun vəkili Məmmədli Tural Məmmədqulu oğlu, anam, Mehdiyeva Zəminə Aşur qızının hüquqi savadının olmamasından istifadə edərək, onu aldatmışdır. Belə ki, Lənkəran rayon Vəkillər Bürosunun vəkili Məmmədli Tural Məmmədqulu oğlu, anam, Mehdiyeva Zəminə Aşur qızından 400 azn məbləğində pul almışdır. Pulu almaqda məqsəd, anam vasitəsilə, mən, Mehdiyev Mircalal Ağa oğluna hüquqi yardım göstərmək olmuşdur. Mən, Mehdiyev Mircalal Ağa oğlu Azərbaycan Respublikasında deyiləm, xaricdəyəm, o üzdən, vəkil Məmmədli Tural Məmmədqulu oğlu müqaviləni, anam, Mehdiyeva Zəminə Aşur qızı ilə bağlamışdır. Hal-hazırda vəkil Məmmədli Tural Məmmədqulu oğlu müqavilə şərtlərini çox kobud şəkildə pozaraq, mənə hüquqi yardım göstərməkdən açıq şəkildə boyun qaçırır, mənə qarşı telefonda və anama qarşı canlı olaraq əsəbi, aqresiv şəkildə davranır, kobud ifadələr işlədir, hətta təhqirlərə belə yol verir (onun, bizə qarşı qeyri-etik davranışlarını əks elətdirən səs yazılarını təqdim edərəm). Digər bir qanun pozuntusu isə ondan ibarətdir ki, vəkil Məmmədli Tural Məmmədqulu oğlu anam, Mehdiyev Zəminə Aşur qızından 400 azn məbləğində pul aldığı halda, anamla bağladığı müqavilədə zəhmət haqqı kimi aldığı məbləği 200 azn olaraq qeyd etmişdir. Sübut üçün, müqavilənin sürətini sizə göndərirəm və eyni zamanda vəkil Məmmədli Tural Məmmədqulu oğlunun həqiqətən də anam Mehdiyeva Zəminə Aşur qızından 400 azn məbləğində pul aldığına dair onun səs yazısını sizə göndərirəm. Xahiş edirəm, anam Mehdiyeva Zəminə Aşur qızının vəkil Məmmədli Tural Məmmədqulu oğluna verdiyi 400 azn məbləğində pulu ondan geri alıb, anam, Mehdiyeva Zəminə Aşur qızına geri qaytarasınız və eyni zamanda da, xahiş edirəm ki, vəkil Məmmədli Tural Məmmədqulu oğlunun ciddi qanun pozuntusuna görə onu vəkillik peşəsindən məhrum edəsiniz.

Bu şikayət yazıma:

3 vərəqdən ibarət, vəkil Məmmədli Tural Məmmədqulu oğlunun, anam, Mehdiyeva Zəminə Aşur qızı ilə bağladığı müqavilənin sürətini əlavə edirəm və vəkilin qanun pozuntusunu sübut edən səs yazısını əlavə edirəm.

RƏYLƏR