Azərbaycan və Özbəkistanın strateji müttəfiqliyi Türk Dövlətləri Təşkilatının (TDT) və ümumilikdə Türk dünyasının həm ideoloji, həm də geostrateji arxitekturasını yenidən formallaşdıran əsas sütunlardan birinə çevrilməkdədir. Hər iki dövlətin bu birliyə qatdığı dəyərləri iki əsas xətt üzrə qruplaşdırmaq olar:
İdeoloji baxımdan: Mədəni mərkəz və suveren birlik
Sivilizasiya arxeologiyası və kimlik: Özbəkistan Türk dünyasının tarixi və elmi-mədəni ürəyidir (Səmərqənd, Buxara, Xiva). Buxari, Nəvai, Uluqbəy irsi birliyin ideoloji-mənəvi pasportudur.
Milli suverenlik və Şərq-Qərb balansı: Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə Türk dünyasına "öz gücünə güvənən, suveren və qalib dövlət" modelini verdi. Hər iki ölkə idelogiyanı "romantik pantürkizm"dən çıxarıb, milli maraqlara və bərabərhüquqlu tərəfdaşlığa söykənən "faiq/praqmatik Türk birliyi" konsepsiyasına gətirir.
Strateji və geoiqtisadi baxımdan: Körpü və təhlükəsizlik zənciri
Mərkəzi Asiya ilə Güney Qafqazın birləşməsi: Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın geosiyasi dayağıdır. Baku-Daşkənd oxu iki regionu vahid geosiyasi məkana çevirir.
Orta Dəhliz (Middle Corridor) və Logistika: Özbəkistanın istehsal gücü və resursları Azərbaycanın nəqliyyat infrastrukturu (Bakı-Tbilisi-Qars, Ələt limanı) vasitəsilə Avropaya çıxır. Zəngəzur dəhlizi perskpektivi ilə bu xətt Türk dünyasının quru bağlantısını təmin edir.
Enerji və yaşıl transfomasiya: Xəzər dənizinin dibi ilə Mərkəzi Asiyadan (Özbəkistan və Qazaxıstan) Azərbaycana, oradan isə Avropaya "yaşıl enerji"nin ötürülməsi layihəsi Türk dövlətlərini qlobal enerji xəritəsində əvəzsiz oyunçuya çevirir.
Konkret desək, Azərbaycan və Özbəkistan tandemi Türk dünyasına geosiyasi özünütəsdiq və iqtisadi müstəqillik verir. Türkiyə ilə birlikdə bu üçlük (Ankara–Bakı–Daşkənd) Türk dünyasının həm təhlükəsizlik, həm də iqtisadi inkişaf mərkəzini təşkil edir.
İnqlab Şirinli,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,politoloq























