“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ

OXUNUB: 1443 Özəl index-manşet SİYASƏT
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarıstana səfəri ölkələrimiz arasındakı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir və Budapeştdə imzalanan sənədlər də onun göstəricisidir ki, bir çox sahələrdə əməkdaşlıq üçün güclü və yetərli zəmin var.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, oradan Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Yəni, Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

Bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevirilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığıa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. Bu layihənin də çox böyük potensialı var.

Bütün bu sadalananlar onun göstəricisidir ki, Macarıstan həqiqətən də Azərbaycan üçün etibarlı tərəfdaşdır” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR