“Möhtərəm Prezidentimiz İlham Əliyevin Soçi səfəri Azərbaycanın növbəti diplomatik uğurudur” – Elşən Musayev

OXUNUB: 2461 Özəl index-manşet SİYASƏT
"Möhtərəm Prezidentimiz İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri, orada keçirilən görüşlər və həmin görüşlərin nəticələri Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. Dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də ölkənin maraqlarını ən yüksək şəkildə müdafiə etdi və bütün gərəkən mesajları verdi” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Təbii ki, dialoqların mövcudluğu və davamlılığı münasibətlərin aydınlaşdırılmasında çox mühüm rol oynayır. Biz zatən hər zaman həqiqətin və ədalətin yanında olmuşuq, öz addımlarımızı beynəlxalq hüquqa uyğun atmışıq, BMT-nin nizamnaməsinə, onun ana prinsiplərinə uyğunlaşdırmışıq.

Hazırda bölgədə sabitlik üçün tələb olunan əsas şərt Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Həmin müqavilə olsa, imzalansa sonrakı mərhələlərdə xüsusi bir kritikanın olmayacağı dəqiqdir.

Hesab edirəm ki, bir tək Rusiya deyil, bütün dünya dövlətləri həmin sülh müqaviləsinin bağlanmasını təşviq etməli, bu istiqamətdə əməli, faydalı və ədalətli addımlar atmalıdır”- deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR