7NEWS.az xəbər verir ki, dünən SeaBreeze'də yerləşən "BeerBasha Restaurant"da biabırçı olay yaşanıb. Belə ki, restorana toplaşan gənc xanımlar bir-birlərini ağır təhqir ediblər. Redaksiyamıza daxil olan səsdən aydın olur ki, dava edən şəxslər, instagramda məşhur olan Elita və Behri adlı xanımlardır. Elita (red. istagram adı) Behrini (red. instagram adı) və övladını təhqir edərək "tərbiyəsiz" deyib, Behri də öz növbəsində Elitanı "sürüyüb". Biabırçı olaydan sonra bütün digər müştərilər "BeerBasha"nı tərk ediblər. Videodan da aydın eşitmək olur ki, müştərilər tez-tez "ayıb olsun sizə, bu nə küçə söyüşləridir, burda ailələr var" deyə dava edənlərə səslənirlər.
Məsələ sosial şəbəkələrdə genkş müzakirə olunur. Hər kəs BeerBasha restoranının artıq ciddi müəssisə olmadığını, yüngül həyat tərzi keçirənlər üçün "doğma" məkan olduğunu deyirlər.
7news.az
























