Baba Rzayevin 'cadu siyasəti' effekt vermədi: MİNGƏÇEVİR SES-də YENƏ DƏHŞƏTLİ YANĞIN, YARALILAR VAR - FOTO+VİDEO

OXUNUB: 87 index-manşet HADİSƏ
7NEWS.az xəbər verir ki, 22 sentyabr tarixində, saat 10-11 radələrində Mingəçevir SES-də dəhşətli yanğın hadisəsi qeydə alınıb. Yanğın nəticəsində SES-in Vahid Səfərəliyev adlı fəhləsi müxtəlif dərəcəli yanıx xəsarərləri alıb.

Məlumata görə hadisənin əsas günahkarı Qidrosexin rəhbəri və fəhlələrin üstündə duran müdiri Zabil Cəfərovdur. Belə ki, SES rəhbərliyi qanuni və qeyri-qanuni yollarla bütün 'qara' işləri Zabil Cəfərov və Oktay Pirverdiyevə tapşırıb. Hadisənin ən maraqlı tərəfi ondan ibarətdir ki, olay Baba Rzayevin əvvəlcədən bəlli olan Mingəçevir səfəri ilə eyni gündə baş verib.
Məlumat üçün qeyd edək ki, 'Azərenerji' rəhbərliyində məlum dəyişikliklərdən sonra Mingəçevir SES-də vəziyyət daha da qəlizləşib. Proses daha çirkin məcra ilə gedir. Prezidentin verdiyi tapşırıqlar yalnız vərəqdə icra edilir, realda isə Mingəçevir SES təhlükəli həddə çatıb, köhnə nə var idisə, onlar da olduğu kimi qalıb. Məhz buna görə son 2 ayda 3 nəfər yanaraq ölüb, SES-in özündə isə azı 4 dəfə yanğın olub. Görünən odur ki, 'Azərenerji' şefi Balababa Rzayevin 'cadu siyasəti' də effekt vermir. Əslində otağa Əli Kərimlinin adamını gətirib cadu elətdirən məmura 'Azərenerji' kimi sözün hər mənasında strateji qurumu həvalə etmək olduqca təhlükəli və riskli addımdır.
Xatırladaq ki, ötən il iyulun 3-də "Azərbaycan” İES-dəki yanğın nəticəsində Azərbaycanın 75 faizdən yuxarı hissəsi bir neçə saat ərzində enerjisiz qalıb. Qəzadan sonra prezidentin tapşırığı ilə xüsusi dövlət komissiyası yaradılıb. Komissiyanın rəyi əsasında "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev vəzifəsindən azad olunub, yerinə "Azərişıq” ASC-nin prezidenti Baba Razayev təyin edilib. Dövlət komissiyası, həmçinin Energetika Nazirliyinin dəstəyi və xarici mütəxəssislərin iştirakı ilə xüsusi reabilitasiya proqramı hazırlanıb. Üç illik dövrü əhatə edən proqramın maliyyə tutumu açıqlanmasa da, onun nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsi üçün ötən il ərzində "Azərenerji” ASC-yə 140 milyon manat vəsait ayrılıb. Görünən budur ki, vəsait Mingəçevirə deyil, xaricə daşınır.
Mövzunu davam etdirəcəyik.


İcmal.Az
 
 

RƏYLƏR